Müdafiə naziri və qərargah rəisi istefa verdi | 1news.az | Xəbərlər
Dünya

Müdafiə naziri və qərargah rəisi istefa verdi

12:01 - 24 / 04 / 2017
Müdafiə naziri və  qərargah rəisi istefa verdi

Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim istefa verib.

1news.az-ın məlumatına görə, bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri və qərargah rəisi ötən həftə “Taliban” hərəkatının yaraqlılarının hərbi bazaya hücumdan sonra istefa veriblər.

Qeyd edək ki, həmin hücum zamanı 170-dək adam həlak olub.

Pərvanə Sultanova

 

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər