Türkiyə yenidən monitorinq altına alındı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasında Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair qərar qəbul edilib.
1news.az “cnnturk”ə istinadən xəbər verir ki, Türkiyə 2004-cü ildə monitoriqn mərhələsindən çıxmışdı və yenidən monitorinq mərhələsinə qayıtması barədə qərar verilən ilk Avropa ölkəsidir.
Qərar Türkiyədə demokratik institutların fəaliyyətinə dair məruzənin müzakirəsi zamanı lehinə 113, əleyhinə 45 səs olmaqla qərar qəbul edilib.
Monitorinq komitəsi mart ayındakı açıqlamasında 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyədə demokratik institutların işində problemlər olduğunu və ölkənin yenidən monitorinq altına alına biləcəyini bəyan etmişdi.
Pərvanə Sultanova