Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

18:43 - 25 / 04 / 2017
Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunun Düz Qırıqlı kəndində işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;

- süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər