Dünyanı heyran edən 9 fiziki qüsurlu insan – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanı heyran edən 9 fiziki qüsurlu insan – FOTO

10:02 - 25 / 04 / 2017
Dünyanı heyran edən 9 fiziki qüsurlu insan – FOTO

Bildiyimiz kimi, fiziki cəhətdən qüsurlu olan insanlar gündəlik həyatda bir çox problemlərlə qarşılaşır. Lakin sadalayacağımız qəhrəmanlar bütün dünyaya sübut etdilər ki, əlinin və ya ayağının olmaması heç də hər şeyin sonu deyil.

1. Keyt Foster, gimnast (17 yaş)

2011-ci ildə kəskin miyeloid leykoz xəstəliyindən 17 yaşlı gimnast ayağını itirir. Lakin əməliyyatdan 3 il sonra Keyt yenidən idmana qayıdaraq məşqlərini davam etdirir. Ötən il Keyt yarışlarda iştirak edib və bu günədək digərləri ilə eyni dərəcədə çalışır.

2.Cessi Kuinn, fitnes-model (24 yaş)

Doqquz il öncə Cessi xərcəng xəstəliyindən ayağının itirir. Lakin yaşadıqlarına baxmayaraq o, depressiyaya qalib gələrək Instagram-ın ən uğurlu bloggerlərindən birinə çevrilir. Hazırda Cessi fəal həyat tərzi yaşayır: üzgüçülük və qaçmaqla məşğuldur, eləcə də Nike firmasının layihələrində iştirak edir.

3. Sergey Kutovoy, fitnes-blogger (21 yaş)

Keçirdiyi qəza nəticəsində Sergeyin ayaqları kəsilir. Həmçinin o, uzun müddət artıq çəkidən əziyyət çəkirmiş. Xəstəxanada qaldığı müddətdə onun çəkisi 101 kiloqrama çatır. Lakin bütün bunlara baxmayaraq o, bütün iradəsini toplayaraq idmanla məşğul olmağa başlayır. Hazırda Sergey Instagram-ın fəal istifadəçilərindəndir. O, firnes-model olmaq istəyir. Ən bəyük arzusu isə paralimpiyada iştirak etməkdir.

4. Paola

2014-cü ildə Paolanı maşın vurur. Qəza nəticəsində onun ayağı kəsilir. Lakin protez sayəsində o, hamı kimi adi həyat yaşaya bilir. Paola rəqs və fitneslə məşğuldur, eləcə də at minməyi də bacarır. Ən önəmlisi isə Paola öz qüsurundan utanmayaraq şort da geyinir.

5. Cessika Van Zeyl, ictimai fəal (23 yaş)

Nadir xəstəliklərdən olan melanomaya görə tələbə qız görmə qabiliyyətini itirir. Əgər onun gözü əməliyyat olunmasaydı xərcəng bütün bədəninə vüsət edərdi.

6. Kanya Sesser, idmançı, model (25 yaş)

Ayaqları olmadan doğulan Kanyanın anası onu buddistlərin məbədi önünə qoyur. 5 yaşı olarkən o, övladlığa götürüldüyü valideynləri ilə birgə ABŞ-a gələrək, burada model olmağa başlayır. Hazırda o, Paralimpiya-2018-də iştirak etmək üçün ciddi surətdə idmanla məşğul olur.

7. Rebekka Marine, model (30 yaş)

Qolsuz doğulan Rebekka uğurlu karyera qurmağa müvəffəq olur. Hətta 2 dəfə Nyu Yorkda moda həftəsində iştirak edir. O, tezliklə Vogue jurnalının üz qabığında fotosunun olacağına çox inanır.

8. Betani Hemilton, sörfinqist (27 yaş)

Betaninin ən sevdiyi məşğuliyyət sörfinqdir. 13 yaşında köpək balığının hücumuna məruz qalaraq qolunu itirir. Lakin yaşadığı uğursuzluqlara baxmayaraq o, məşhur idmançı, çox gözəl ana və həyat yoldaşıdır. Eləcə də o, “Qəlbin sörfçüsü” kitabının müəllifidir.

9. Nik Vuyçiç, yazıçı, natiq (34 yaş)

Bu qəhrəmanı tanımayan yoxdur. Tetrameliya sindromu ilə doğulan Nikin aşağı və yuxarı ətrafları demək olar ki, yoxdur. Lakin bütün bunlara baxmayaraq o, tam həyat tərzi sürür. Gənclik vaxtında özünə qəsd etmək fikirləri olmasına baxmayaraq hazırda o, üzməyi, kompüterdə yazmağı bacarır. Həmçinin Nik yazıçıdır. Eləcə də Nik iki övlad atasıdır. O, bütün dünyada insanlarda ruh yüksəkliyi yaradan mühazirələr oxuyur.

S.Xankişiyeva

Paylaş:
33223

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər