İrəvanda Azərbaycan və Türkiyənin bayraqları yandırılıb – FOTO | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda Azərbaycan və Türkiyənin bayraqları yandırılıb – FOTO

10:51 - 25 / 04 / 2017
İrəvanda Azərbaycan və Türkiyənin bayraqları yandırılıb – FOTO

Türkiyə XİN-i ölkə bayrağının İrəvanda yandırılması faktını kəskin surətdə qınayır.

Sondakika-nın verdiyi xəbərə görə, 1915-ci il qondarma “erməni soyqırımı”nın ildönümü günü İrəvanda məşəl yürüşü keçirilib.

Yürüş zamanı Azərbaycan və Türkiyənin dövət bayraqları yandırılıb.

“Kəskin surətdə bu cür aksiyanı və onu təşkil edənləri  qınayırıq. Türkiyənin müstəqillik və azadlığını təcəssüm etdirən bayrağın yandırılması bağışlanmaz hərəkətdir”, - deyə XİN-in məlumatında qeyd edilir.

S.Xankişiyeva

Paylaş:
1940

Son xəbərlər

Bütün xəbərlər