ANAMA: Cocuq Mərcanlıda 45 min 916 kvadratmetr ərazi yoxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cocuq Mərcanlıda 45 min 916 kvadratmetr ərazi yoxlanılıb – FOTO

20:22 - 26 / 04 / 2017
ANAMA: Cocuq Mərcanlıda 45 min 916 kvadratmetr ərazi yoxlanılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1390 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 45 min 916 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 68 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 320 min 317 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 26-dək 5135 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 11 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 379 min 81 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
582

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər