Yeniyetmələr arasında həndbol üzrə ölkə birinciliyi keçirilib | 1news.az | Xəbərlər
İdman

Yeniyetmələr arasında həndbol üzrə ölkə birinciliyi keçirilib

10:20 - 26 / 04 / 2017
Yeniyetmələr arasında həndbol üzrə ölkə birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 9 komandanın (5 oğlan, 4 qız) iştirakı ilə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.

1news.az-ın Azərbaycan Həndbol Federasiyasına istinadən verdiyi xəbərə görə, yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri və Respublika Kompleks İdman Məktəbinin (RKİM) həndbolçuları iştirak ediblər.

Yekunda oğlanların yarışında 2 saylı RİOEUGİM-in komandası birinci, 12 saylı İOEUGİM-in kollektivi isə ikinci yerə layiq görülüb.

Qızlar arasında mübarizədə isə 12 saylı İOEUGİM-in komandası birinci, 2 saylı RİOEUGİM-in komandası isə ikinci olub.

Babək Cahandarov

 

Paylaş:
694

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər