XİN: Azərbaycanlı diplomatın arvadının oğurluq edib-etməməsi araşdırılacaq | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycanlı diplomatın arvadının oğurluq edib-etməməsi araşdırılacaq

13:21 - 27 / 04 / 2017
XİN: Azərbaycanlı diplomatın arvadının oğurluq edib-etməməsi araşdırılacaq

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından 188 dollarlıq malı oğurlamaqda ittiham edilir. 

1news.az  xəbər verir ki, bu barədə “ New York Daily News” qəzeti məlumat yayıb. Məlumata görə, ölkəmizin ABŞ-dakı səfirliyinin birinci katibi Fərid Cəbrayılovun 29 yaşlı həyat yoldaşı bahalı malı uşaq arabasında mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.

Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir. Polis saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra qadını sərbəst buraxıb.

Qəzetin yazdığına görə, Nyu-York polisi qadının toxunulmazlığının ləğvi ilə bağlı Dövlət Departamentinə müraciət edib. Dövlət Departamenti isə azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.

KİV-də yayılan xəbərə münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, hazırda bu məsələ araşdırılır:

“Burada qaranlıq və anlaşılmazlıq doğuran məqamlar var. Təxribat, şər və böhtan elementlərinin olması istisna deyil. İddia olunan hadisənin araşdırılması əvəzinə dərhal bu barədə KİV-ə məlumat ötürülməsi ciddi sual doğurur və bizə müəmmalı görünür. Hər bir halda məsələ araşdırılacaq”- deyə, XİN rəsmisi qeyd edib.

Babək Cahandarov

 

Paylaş:
744

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər