ANAMA: Cocuq Mərcanlıda 1262 qəlpə, əl qumbarası və piyada əleyhinə mina aşkar olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cocuq Mərcanlıda 1262 qəlpə, əl qumbarası və piyada əleyhinə mina aşkar olunub - FOTO

21:45 - 27 / 04 / 2017
ANAMA: Cocuq Mərcanlıda 1262 qəlpə, əl qumbarası və piyada əleyhinə mina aşkar olunub - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1262 qəlpə, bir ədəd “RQD-5” əl qumbarası və bir piyada əleyhinə “OZM-72” minası aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 47 min 161 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 69 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz bir partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 2 milyon 367 min 478 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 27-dək 5136 partlamamış hərbi sursat, tank əleyhinə 108 ədəd mina və piyada əleyhinə 12 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 426 min 242 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
647

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər