Türkiyədə referendumun nəticələri təsdiqlənib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə referendumun nəticələri təsdiqlənib

23:14 - 27 / 04 / 2017
Türkiyədə referendumun nəticələri təsdiqlənib

Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib. 

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qurum rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib:

“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59  faizi isə “əleyhinə” səs verib”.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər