Şagirdlər arasında ekoloji maarifləndirmə aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlər arasında ekoloji maarifləndirmə aparılır

14:04 - 28 / 04 / 2017
Şagirdlər arasında ekoloji maarifləndirmə aparılır

Sumqayıt şəhər 24 saylı orta məktəbin yuxarı sinif şagirdlərinə ekoloji təhsil və maarifləndirmə ilə bağlı “Açıq dərs” keçirilib.

1news.az xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ekoloji təhsil və  maarifləndirmə ilə bağlı ilk “açıq dərs” təşkil edib.

Layihənin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ekoloji biliyinin artırılması, ekoloji problemlərin həllinə və ətraf mühitin qorunub saxlanmasında şagirdlərdə ekoloji ruhun inkişaf etdirməsinə, ətraf mühitə qarşı onlarda həssas, müsbət münasibətin formalaşmasına, ətraf mühitin mühafizəsi ücün yüksək ekoloji mədəniyyətin öyrədilməsinə xidmət edən maarifləndirmə tədbirlərin təşkilidir.

Layihə çərçivəsində ilk “Açıq dərs”i aprelin 28-də Sumqayıt şəhər 24 saylı orta məktəbdə Birliyin təlimçisi Rauf Əliyev aparıb. Aparılan “Açıq dərs”də ətraf mühit haqqında bilik və bacarıqların artırılması, gənc nəsildə ekoloji düşüncənin və ekoloji mədəniyyətin formalaşması, ətraf mühitin öyrənilməsi və  mühafizəsi, ətraf mühitin sağlamlıqda rolu, gənclərin ətraf mühitin mənfi təsirlərindən qorunmaq hüququ, ekoloji məlumat almaq hüququ, ictimayi nəzarət hüququ və s kimi məsələlər müzakirə olunub.

Fərid Ədalət

Paylaş:
966

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər