Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

09:31 - 28 / 04 / 2017
Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

Ucar rayonunda intihara cəhd hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, Ucar şəhər 20 yanvar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Adil Mirələkbər oğlu Piriqafarov özünü rayon ərazisində dəmir yol xəttində hərəkətdə olan qatarın alıtına atıb.

A.Piriqafarov "Təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə dərhal əməliyyat  edilib, onun ayağının biri amputasiya olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
571

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər