Türkiyədə keçirilmiş referendumun yekun nəticələri açıqlanıb
Türkiyə Ali Seçki Şurası aprelin 16-da konstitusiyaya dəyişikliklərin edilməsinə dair keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Ali Seçki Şurasının qərarında qeyd edilir ki, qeydiyyatda olan 55 319 222 nəfərdən 48 374 576 nəfəri səs verib. Həmçinin 845 627 seçki bülleteni etibarsız sayılıb.
Şuranın rəhbəri Sədi Güvən mətbuat konfransında referendumda seçici fəallığının 87,45 faiz olduğunu bildirib. O qeyd edib ki, 25 milyon 157 min 463 seçici (51,41 faiz) dəyişikliklərin lehinə, 23 milyon 779 min 141 seçici (48,59 faiz) isə əleyhinə səs verib.
Mövzu ilə əlaqədar oxuyun:
Ərdoğan: Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm
S.Xankişiyeva