Türkiyədə Vikipediyaya giriş bloklanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Vikipediyaya giriş bloklanıb

1news Redaksiyası15:42 - 29 / 04 / 2017
Türkiyədə  Vikipediyaya giriş bloklanıb

Türkiyədə dünyanın ən böyük internet ensiklopediyası olan Vikipediyaya giriş bloklanıb. 

1news.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarından sayta giriş  mümkün olmayıb.

Buna səbəb isə internet ensiklopediyasındakı bəzi materiallarda terrora dəstək verilməsi, Türkiyənin terrorçuluqda ittiham edilməsi olub. Hökumət rəsmiləri bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, heç bir dəyişiklik olmayıb.

Türkiyə hökuməti beynəlxalq hüquq normalarına və məhkəmə qərarlarına riayət edəcəyi təqdirdə ölkə ərazisində onun fəaliyyətinə icazə verəcəyini açıqlayıb.

1news.az

Paylaş:
935

Son xəbərlər

Bütün xəbərlər