Klublarımızın Avrokubok oyunları nə vaxt başlayır? - TƏQVİM | 1news.az | Xəbərlər
Futbol

Klublarımızın Avrokubok oyunları nə vaxt başlayır? - TƏQVİM

14:38 - 01 / 05 / 2017
Klublarımızın Avrokubok oyunları nə vaxt başlayır? - TƏQVİM

2017/18 mövsümündə Azərbaycan komandalarının Avropa kuboklarında mübarizəyə başlayacağı tarix bəllidir.

1news.az qol.az-a istinadən xəbər verir ki, yeni mövsümdə “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə” isə Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

Ağdam klubu yarışa ikinci, digər üç klubumuz isə birinci mərhələdən başlayacaq.

Təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 19-da keçiriləcək. İlk olaraq mübarizəyə Avroliqadakı təmsilçilərimiz başlayacaq.

Onların ilk matçları 29 iyun, cavab görüşləri isə 6 iyulda keçiriləcək.

“Qarabağ”ın da qoşulacağı UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk görüşlər iyulun 11/12-si, cavab matçları 19-20 iyulda olacaq.

Ümumilikdə təsnifat mərhələsinin təqvimi aşağıdakı kimidir:

Çempionlar Liqası

2-ci mərhələ

11/12 iyul (ilk oyunlar)

19/20 iyul (cavab oyunları)

3-cü mərhələ

26-27 iyul (ilk oyunlar)

1/2 avqust (cavab oyunları)

Pley-off

15-16 avqust (ilk oyunlar)

22-23 avqust (cavab oyunları)

Yarışın qrup mərhələsinin matçları sentyabr-noyabr aylarında olacaq.

Avropa Liqası

1-ci mərhələ

29 iyun (ilk oyunlar)

6 iyul (cavab oyunları)

2-ci mərhələ

13 iyul (ilk oyunlar)

21 iyul (cavab oyunları)

3-cü mərhələ

28 iyul (ilk oyunlar)

3 avqust (cavab oyunları)

Pley-off

17 avqust (ilk oyunlar)

24 avqust (cavab oyunları)

Qrup matçları sentyabr-noyabr aylarında keçiriləcək.

1news.az

Paylaş:
816

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər