Bakının mərkəzində qadını öldürüb meyitini pəncərədən atdılar - ŞOK TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində qadını öldürüb meyitini pəncərədən atdılar - ŞOK TƏFƏRRÜAT

16:46 - 01 / 05 / 2017
Bakının mərkəzində qadını öldürüb meyitini pəncərədən atdılar - ŞOK TƏFƏRRÜAT

Dünən gecə Bakının Səbail rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, gecə saatlarında Neftçilər prospektində binanın qarşısında meyiti tapılan 46 yaşlı Yelena Sandradinovanın meyitinin elə həmin binanın pəncərəsindən atıldığı məlum olub. Belə ki, Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy 3-cü mərtəbədəki mənzildə kef məclisi təşkil ediblər.

Onlar əvvəlcədən tanıdıqları Yelenanı və onun rəfiqəsi Allanı da məclisə dəvət ediblər. Gecə saatlarında spirtli içkinin təsiri altında olan şəxslər arasında dava-dalaş olub. Bu zaman onlar 46 yaşlı Yelenanı döyüblər. Ağır xəsarətlər alan qadının xırıldadığını görən dostlar daha sonra onu pəncərədən küçəyə atıblar. Həmin vaxt hər iki şəxs onlara etiraz edən Allanı da döyüb evdən qovublar. Daha sonra isə spirtli içkinin təsiri altında yuxuya gediblər.

Polis ilk olaraq meyitin tapıldığı yerin qarşısındakı binanı yoxlamaq qərarına gəlib və qapı açılanda otağın qan içində olduğu, içki şüşələrinin ətrafa səpildiyini görüblər. Tutulan şəxslər törətdikləri əməli etiraf ediblər.

Bildirilir ki, hadisədə adı keçən şəxslər qeyri-sağlam həyat tərzi sürürlər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

1news.az

Paylaş:
629

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər