Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb

17:42 - 01 / 05 / 2017
Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb

Daxili orqanında İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

 

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər