Suriya müxalifəti Astana görüşündə iştirak edəcək | 1news.az | Xəbərlər
Dünya

Suriya müxalifəti Astana görüşündə iştirak edəcək

09:54 - 01 / 05 / 2017
Suriya müxalifəti Astana görüşündə iştirak edəcək

Suriya silahlı müxalifəti Astanada keçiriləcək danışıqlara dəvət olunub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu silahlı qruplaşmanın nümayəndə heyətinin üzvü Fateh Hassun deyib. Onun sözlərinə görə,  heç kim iştirakın əleyhinə olmayıb.

“Biz Astanaya rəsmi dəvət almışıq. Rusiya nümayəndə heyətindən də şifahi dəvət var. Hazırda silahlı qrupların heç biri Astana səfərinə qarşı çıxmır. Əksinə, onlar Rusiyanın yeni təklifinə vəziyyətin yaxşılaşdırılması  kimi baxırlar”, deyə Hassun bildirib.

O əlavə edib ki, Rusiyanın prosesdə tərəf deyil, təminatçı olacağına ümid edirlər:

“Rusiya və Suriya xalqları güclü bir əlaqəyə malikdirlər. Rusiya rejimi dəstəkləyir və bu, doğru seçim deyil. Ümid edirik ki, Rusiya yaxın gələcəkdə öz  yanaşmasını dəyişəcək”.

Qeyd edək ki, Suriya məsələsi üzrə növbəti danışıqların 3-4 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılır. Ekspertlər səviyyəsində görüş isə mayın 2-də nəzərdə tutulur. Danışıqlarda zamin ölkə qismində Rusiya, İran, Türkiyə çıxış edir.

Pərvanə Sultanova

 

Paylaş:
545

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər