Natiq Əliyev və Robert Sekuta Azərbaycan icması ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev və Robert Sekuta Azərbaycan icması ilə görüşüb

10:21 - 01 / 05 / 2017
Natiq Əliyev və Robert Sekuta Azərbaycan icması ilə görüşüb

ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov özünün Twitter səhifəsində yazıb.

Görüşdə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iştirak edib.

Xatırladaq ki, Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  1-4 may tarixlərində Texas ştatının Hyuston şəhərində keçirilən neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar konfransı” nda  iştirak edir.

Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

Pərvanə Sultanova

 

Paylaş:
1022

Son xəbərlər

Bütün xəbərlər