Təyyarə hava boşluğuna düşüb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

Təyyarə hava boşluğuna düşüb, xəsarət alanlar var

11:08 - 01 / 05 / 2017
Təyyarə hava boşluğuna düşüb, xəsarət alanlar var

Moskva-Banqkok marşrutu üzrə uçan Boeing 777 təyyarəsi havada boşluğa düşüb.

 1news.az RİA Novosti-yə istinadən xəbər verir ki. Hadisə nəticəsində bəzi sərnişinlər xəsarət alıb.

Sınma, əzilmə, burxulma kimi xəsarətlər alan bəzi sərnişinlər təyyarə yerə endikdən sonra xəstəxanaya çatdırılıb. Gazeta.ru ümumilikdə 20 nəfərin yaralandığını yazıb.

Rusiyanın Tailanddakı səfirliyinin əməkdaşları xəstəxanada yaralılara baş çəkib.

Pərvanə Sultanova

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər