Xanım səfir Qarabağ atını sürüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanım səfir Qarabağ atını sürüb - FOTO

09:33 - 02 / 05 / 2017
Xanım səfir Qarabağ atını sürüb - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Binə Atçılıq mərkəzinə baş çəkib.

1news.az-ın məlumatına görə, xanım səfirin Qarabağ atlarını sürmək şansı olub.  K.Krofts at sürməklə bağlı təcrübəyə malikdir.  

Qeyd edək ki, Qarabağ atlarından ikisi  Ülyahəzrət Kraliçaya və Edinburq Hersoqu şahzadə Filipə hədiyyə edilib. Həmin atlar Vindsor qəsrində Kraliçanın 90 illiyi münasibətilə keçirilən mərasimdəki at şousunda çıxış ediblər.

Pərvanə Sultanova

Paylaş:
1659

Son xəbərlər

Bütün xəbərlər