Kreml təsdiqlədi: Putin və Tramp arasında telefon danışığı olacaq
Kreml ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında bu gün telefon danışığı olacağını təsdiqləyib.
1news.az RİA Novostiyə istinadla xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov bu barədə bildirib.
“Biz telefon danışığının aparılacağını təsdiqləyirik”, Peskov əlavə edib.
Xatırladaq ki, bu, Trampın inaqurasiyasından sonra dövlət başçılarının üçüncü danışığı olacaq. Birinci telefon danışığı yanvarın sonunda, ikincisi isə aprelin əvvəlində olub.
Tramp onda Putinə Sankt-Peterburqdakı terror aktına görə başsağlığı verib.
Daha əvvəl Ağ Evdən bildiriblər ki, prezidentlər mayın 2-də Suriya böhranını müzakirə etməyi planlaşdırırlar.
Pərvanə Sultanova
453