Kürdəmirdə 3 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə 3 otaqlı ev yanıb

22:13 - 02 / 05 / 2017
Kürdəmirdə 3 otaqlı ev yanıb

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb. 

1news.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Karrar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib.

Nəticədə evin 1 otağı və aynabəndin yanar konstruksiyaları 48 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər