Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır
2017-ci ilin birinci rübündə 1190 nəfər Ermənistan vətəndaşlığından imtina üçün pasport-viza idarəsinə müraciət edib.
1news.az-ın məlumatına görə, bu barədə “Aykakan jamanak" nəşri idarənin rəisi Mnaçakyan Biçaxçyana istinadla yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Respublikasının vətəndaşlığının verilməsi və məhrumedilmə prezidentin fərmanı ilə həyata keçirilir. Qanuna görə, vətəndaşlığın verilməsi və məhrumetmə 6 ay müddətinə müəyyən edilib.
Vətəndaşlıqdan imtina ilə bağlı müraciət edənlərin bəziləri səbəbləri açıqlamayıblar.
Pərvanə Sultanova
805