Nəriman Abdullayev: “İslamiadada hər bir boksçudan uğur gözləyirik” | 1news.az | Xəbərlər
İdman

Nəriman Abdullayev: “İslamiadada hər bir boksçudan uğur gözləyirik”

15:04 - 03 / 05 / 2017
Nəriman Abdullayev: “İslamiadada hər bir boksçudan uğur gözləyirik”

Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirib.

1news.az-ın məlumatına görə, təcrübəli məşqçi 12-22 may tarixlərində Bakıda keçiriləcək yarış üçün təlim-məşq toplanışlarının plan üzrə uğurla davam etdiyini bildirib:

“Bakıda hazırlığın son mərhələsini keçirik. Bundan öncə Qəbələdə təlim-məşq toplanışında olduq. Dağlıq ərazidə əsasən fiziki məşqlərə üstünlük verdik. Ardınca 6 gün dincəldikdən sonra məşqləri Bakıda davam etdiririk. Paytaxtda baş tutan son mərhələ taktiki və texniki hazırlığa yönəlib”.

N.Abdullayev boksçularımızın Atletlər kəndinə köçəcəyi vaxtı da açıqlayıb. O bildirib ki, Boks Mərkəzində gündə 2 dəfə hazırlıq keçən millimiz mayın 10-dan komandamız üçün ayrılan məkana köçəcək.

Böyük məşqçi yığmanın İslamiada üçün heyətinin nəyə əsasən formalaşdırdıqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, komandaya bütün yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançılar cəlb olunub:

“Heyətdə hər şey qaydasındadır. Hansısa problemimiz yoxdur. Yığmanın üzvləri əsasən Azərbaycan çempionatının qaliblərindən və bundan sonra özlərini digər yarışlarda doğruldanlardan təşkil edilib. Düzdür, bəzi çəkilərdə yoxlama döyüşləri də keçirilib və buna uyğun qərar verilib. Əsas rəqabət 64 kq və 69 kq çəki dərəcələrində olub. Zədəsi olan Lorenzo Sotomayorun çəkisi də bir qədər artıq idi. Bu səbəbdən İslamiadada Elvin İsayevin döyüşməyini məqsədəuyğun saydıq. Pərviz Bağırov isə sınaq döyüşlərində Tamerlan Abdullayevdən geri qaldı. Qələbəni ikinci qazandığından heyətdə yer aldı. Digərləri demək olar ki, hazırda öz çəkilərinin bir nömrələridir”.

Boks yığmamız Bakıda keçirilən bütün yarışları uğurla başa vurub. Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitənin ən güclüsü olan komandamız İslam Həmrəyliyi Oyunlarında da adını tarixə yazmaq arzusundadır. N. Abdullayev qeyd edib ki, bu dəfə də mükafatların çox olacağına ümidləri yüksəkdir:

“İnanırıq ki, yenə bütün əyarlı medal qazanacağıq. Proqnoz vermək çətin olsa da, bacardığımız qədər irəliləməyə çalışacağıq. Dünya çempionumuz Cavid Çələbiyev, Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov, Rio Olimpiadasının üçüncüsü Kamran Şahsuvarlı yaxşı formadadırlar. Onlar kimi bütün heyətin hər bir boksçusundan uğur gözləyirik. Amma püşkdən də çox şey asılı olacaq”.

Çalışdırıcı son yarışlara zədə səbəbindən qatılmayan ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun hazırkı durumuna da aydınlıq gətirib. O bildirib ki, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançıya bütün turnirlərdə olduğu kimi İslamiadada da inamı böyükdür:

“Onun diz qapağının altında zədəsi vardı. Əməliyyat keçirmişdi. Lakin müalicəsini davam etdirə-etdirə məşqlərə də qatıldı. Hazırda yaxşı formadadır. Deyərdim ki, fiziki hazırlığında hansısa problemi yoxdur. Qəbələdə təlim-məşq toplanışında kross qaçışlarında da özünü yaxşı tərəfdən göstərdi”.

Qeyd edək ki, İslamiadada Azərbaycanı boks yarışlarında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.

Babək Cahandarov

Paylaş:
739

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər