İlham Əliyev Malinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Malinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

17:10 - 03 / 05 / 2017
İlham Əliyev Malinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.      

Səfir Tiefinq Konate fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tiefinq Konate etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keitanın yaxın zamanlarda Azərbaycana gözlənilən səfərinin önəmini qeyd edən dövlətimizin başçısı bu səfər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını vurğuladı. Prezident İlham Əliyev Tiefinq Konatenin ölkəmizdə səfir kimi fəaliyyətə başlamasının əməkdaşlığımıza dair bir sıra vacib məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.

Mali xalqının və hökumətinin Azərbaycan xalqına salamlarını çatdıran səfir Tiefinq Konate Azərbaycan ilə Mali arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu qeyd etdi, ölkəmizdəki fəaliyyəti dövründə respublikalarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycana ilk dəfə 2013-cü ildə nazir vəzifəsində olarkən səfərə gəldiyini xatırlayan Tiefinq Konate ölkəmizdə səfir təyin edilməsindən çox məmnun olduğunu dedi, ona göstərilən yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

1news.az

Paylaş:
695

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər