Azərbaycan mediasına “əxlaq dərsi” keçən Zaxarovanın toy şəkilləri – FOTO
Yaxın günlərdə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın informasiya məkanının “qəhrəmanı” oldu.
İlk olaraq Zaxarova qondarma “erməni sıyqırımı” günü dostlarının dərdinə şərik oldu. Onun sözlərinə görə, ermənilər harda olsalar da qəlblərimiz həmişə onlarladır.
Daha sonra isə XİN-in rəsmi nümayəndəsi ermənilər tərəfindən girov götürülmüş, eləcə də Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyilə bağlı azərbaycanlı jurnalistin verdiyi suala narazılığını bildirib.
Azərbaycan cəmiyyəti və jurnalistinin maraq və narahatlıqlarını Zaxarova ədəbsizlik kimi qiymətləndirərək, Rusiya XİN-in rəsmi brifinqində heç bir sualı cavablandırmayıb.
Xanım Zaxarovanın kobud tonu artıq dillərə dastan olub. Hətta Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında belə Zaxarova onunla razılaşmayan istifadəçiləri dəfələrlə acılayaraq, qeyri-diplomatik ifadələrdən istifadə edib.
Lakin onu mənəviyyatını daha parlaq formada sadəcə sosial şəbəkədə yazdığı paylaşım və rəylər deyil, eləcə də redaksiyamızın sərəncamına düşən fotolar da xarakterizə edir. Şəkillər 2005-ci ildə, Zaxarovanın Nyu-Yorkda işlədiyi zamanlar sahibkar Andrey Makarovla nikah mərasimindəndir.
Fotolara baxanda insanda təsəvvür yaranır: görəsən Moskvada, diplomat ailəsində doğulan Zaxarovada bu cür qəribə və çox bayağı zövq hardandır?!...
Bu şəkillərə baxdıqdan sonra unutmaq çox çətindir.
Mövzu ilə əlaqədar oxuyun:
Mariya Zaxarova Azərbaycan KİV-lərinin dərc etdiyi məqalələri “ədəbsizlik” adlandırıb – VİDEO
1news.az