Cəlilabadda mikroavtobus aşaraq yanıb: 8 nəfər yanıq xəsarətləri alıb – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda mikroavtobus aşaraq yanıb: 8 nəfər yanıq xəsarətləri alıb – SİYAHI

10:46 - 04 / 05 / 2017
Cəlilabadda mikroavtobus aşaraq yanıb:  8 nəfər yanıq xəsarətləri alıb – SİYAHI

Cəlilabadda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, mikroavtobusun aşaraq yanması nəticəsində rayonun Şiləvəngə kənd sakinləri - 11 yaşlı Nəzrin Qəhrəmanova, 29 yaşlı Ülkər Mahmudova, 35 yaşlı Elnarə Əhmədova, 23 yaşlı Mələk Rəhimli, 25 yaşlı Rəvanə Abbasova, 48 yaşlı Xuraman Ağaşov, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onlar ağır yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, mikroavtobus onları tarlaya işləməyə aparırmış.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
643

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər