“Qan ver, həyat xilas et!”
Mayın 5-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Qan ver, həyat xilas et!” qanvermə aksiyası keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutan aksiyada rayonun bütün idarə və təşkilatlarından 140-a yaxın şəxsin iştirak edəcəyi gözlənilir.
Qanvermə aksiyası YAP Səbail rayon təşkilatının qərargahında həyata keçirilir.
1news.az
788