Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə olub – FOTO

09:34 - 05 / 05 / 2017
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə olub – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbin şagirdləri ilə görüşüb.

1news.az-ın Fonda istinadən verdiyi xəbərə görə, məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb.

Leyla Əliyeva sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.

Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.

Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbin şəraiti ilə tanış olub. Burada hazırda 160 uşaq təhsil alır. Bununla yanaşı uşaqlara ev şəraitində fərdi dərslər də verilir.

Uşaqlar hazırladıqları bədii proqram və rəqs nömrələrini təqdim edib və Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Babək Cahandarov

Paylaş:
741

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər