Masallıda evdən yaşlı qadın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda evdən yaşlı qadın meyiti tapılıb

12:22 - 05 / 05 / 2017
Masallıda evdən yaşlı qadın meyiti tapılıb

Masallı rayonunda evlərdən birində yaşlı qadın meyiti tapılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Ərkivan qəsəbəsində 72 yaşlı Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi evində aşkarlanıb. 

Məlumata görə, G.İsrafilova Ərkivan qəsəbəsinin Abaslı məhəlləsindəki evində yaşayıb. Səhər saatlarında evə gələn oğlu Mübariz İsrafilov qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Yaxınlaşdıqda onun öldüyünü görüb.

Uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilən qadının yıxılaraq öldüyü güman edilir. Onun baş nahiyəsində xəsarət aşkarlanıb. Ehtimal olunur ki, yaşlı qadın yıxılarkən başından xəsarət alıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma zamanı evə basqın olmadığı, heç bir qiymətli əşyaya toxunulmadığı müəyyənləşib. Meyit müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
643

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər