Fransada prezident seçkilərinin qalibi Makron oldu | 1news.az | Xəbərlər
Dünya

Fransada prezident seçkilərinin qalibi Makron oldu

22:14 - 07 / 05 / 2017
Fransada prezident seçkilərinin qalibi Makron oldu

Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib.

1news.az BBC-yə istinadla xəbər verir ki, Makron səslərin 65,1 faizini toplayıb.

Onun rəqibi "Milli Cəbhə"nin lideri Marin Le Penin səs faizi isə 34,5 olub. 

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

 Qeyd edək ki, 39 yaşlı E. Makron Fransanın ən gənc prezidenti olacaq.

Pərvanə Sultanova

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər