Ümumdünya Ətraf Mühit Günü münasibətilə müsabiqə
BMT-nin İnkişaf Proqramı Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə uşaqlar arasında rəsm müsabiqəsi elan edir.
1news.az-a BMT-nin Bakı ofisindən verilən məlumata görə, müsabiqə “Məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirini azaldaq!” mövzusunda keçirilir.
Rəsm müsabiqəsində 7-10 yaşlı uşaqlar iştirak edə bilərlər.
Rəsmlər A3 formatında olmalı və mayın 25-də saat 18:00-dan gec olmayaraq BMT-nin ofisinə təqdim edilməlidir. Hər rəsmin arxa tərəfində müəllifin adı, soyadı, yaşı, əlaqə telefonu və təhsil aldığı məktəbi göstərilməlidir. Bu məlumatlar olmadan rəsmlər nəzərə alınmayacaq.
Müsabiqənin qaliblərinə mükafatlar təqdim ediləcək. Qaliblərin təltif edilmə mərasimi BMTİP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə iyunun 5-də keçiriləcək.
Pərvanə Sultanova