Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq – ÜNVANLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq – ÜNVANLAR

19:00 - 08 / 05 / 2017
Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq – ÜNVANLAR

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);

- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);

- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Fəvvarələr meydanında.

Qeyd edək ki, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Babək Cahandarov

Paylaş:
555

Son xəbərlər

Bütün xəbərlər