Əsirlikdəki incilərin hekayəti – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əsirlikdəki incilərin hekayəti – FOTO

10:37 - 08 / 05 / 2017
Əsirlikdəki incilərin hekayəti – FOTO

Azərbaycan Xalça Muzeyi və onun tərkibində fəaliyyət göstərən  Şuşa filialının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr olunmuş “Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın dilbər güşəsi, qədim tarixi diyarımız olan Şuşanın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaq idi.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasov, Azərbaycan Radiosu “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Sultan Əlixanlı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə, Şuşanın mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Şuşayla bağlı xatirələrini bölüşdülər.

Həmçinin “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirdə Qarabağın işğalı zamanı ermənilər tərəfindən oğurlanaraq, antik erməni xalçası adi altında ABŞ-ın Kaliforniya ştatında yerləşən Los Angeles şəhərində  hərraca çıxarılan, lakin Elşad Tahirov tərəfindən alınan və 25 ildən sonra Azərbaycana qaytarılan xalçanın təqdimatı keçirildi.

S.Xankişiyeva

Paylaş:
909

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər