Əməliyyat Nəzrinin tamamilə sağalmasına kömək edəcək, lakin ailəsinin maddi vəziyyəti ağırdır
Nəzrin Səmədovanın ağır xəstəliyi ilə bağlı ailəsi iki yaşı olarkən xəbər tutub.
İlk vaxtlarda onurğa sütunun əyriliyi – skolioz özünü büruzə vermirdi. O zamandan bu yana Nəzrin tez-tez xəstəxanlara üz tuturdu. Həkimlər ona köməkedici prosedurlar təyin etsələr də, ciddi müalicə təyin edə bilmirdilər. Həkimlərin dediyinə görə, onun tam sağalması üçün əməliyyat olunmalıdır. Bunun üçün Nəzrin həddi-buluq yaşına çatmalıdır.
“Uzun zaman Nəzrini Travmatoloji xəstəxanada müalicə etdirdik. Daha sonra isə, zamanı gəldikdə əməliyyat üçün vasitələr axtarmağa başladıq. Bizə həmin xəstəxanada pulsuz əməliyyat olunmağı təklif etdilər. Bununla yanaşı, əməliyyat üçün lazımi vasitələri: ştiftlər, platinli lövhələr, millər və s., eləcə də tibbi ləvazimatları özümüz əldə etməli idik. Bu da az pul deyil, təxminən 7 min manat.
Həmçinin ildə bir dəfə olmaqla bu cür dörd əməliyyat keçirmək lazımdı. Anladıq ki, bu cür vəsait əldə edə bilmərik. Buna görə də Səhiyyə Nazirliyinə, daha sonra isə Travmatoloji xəstəxanaya müraciət etdik. Yenə də biz bu vəsaiti əldə edə bilmədik, ona görə başqa çarələr axtarmağa başladıq”, - deyə Nəzrinin atası Abbas bildirir.
Nəzrindən başqa ailənin daha iki övladı var. Qızlardan biri ailə həyatı qursa da, Abbasın çiyinlərində iki qızın, üstəlik yaşlı ata-anasının yükü qalır. Ailədə sadəcə Abbas çalışır. Qızların anası yoxdur. Uzun müddət ailənin bütün ağırlığını çiyinlərində çəksə də, qohumları xalqa üz tutmağı məsləhət görür.
“Bütün günü çalıram, Allaha şükürlər olsun yeməyə pulumuz çatır. Lakin Nəzrin son zamanlar çox əzab çəkir. Onun artıq 20 yaşı var. Mən onun əməliyyat olunması üçün vasitələr tapa bilmirəm. Onurğa sütünu gündən-günə əyilir və daxili orqanları sıxır. Qızımın ağciyər və ürəyində problemlər yaranıb. Nəfəs alarkən o, boğulur. Ona kömək etmək istəyirəm, buna görə də hər vasitə axtarıram”, - Abbas bildirir.
Beləcə Abbas Ankarada yerləşən klinikalardan biri ilə əlaqə saxlayır. Oradan Nəzrinin analiz və renrgenlərinə baxaraq bildirirlər ki, qıza köməklik edə bilərlər. Eləcə də Türkiyədəki klinikada bildiriblər ki, Nəzirini bir dəfə və çox ağır əməliyyat etməklə kömək edə bilərlər. Bütün müalicə xərcləri, əməliiyat, tibbi ləvazimatlat və reabilitiasiyaya 20 min dollar lazımdır.
“Çox istəyirəm ki, qızıma kömək edim. O, çox gəncdir, onun bütün həyatı irəlidədir. O, qız uşağıdır, istəyirəm özünəgüvənli olsun, əzab çəkməsin. Gələcəkdə mən olmayanda tam, sağlam həyat yaşaya bilsin. İndi isə onun əzablarını gördükcə qəlbim qan ağlayır. Hamıdan çox xahiş edirəm, Nəzrini tam, sağalam həyata qaytaraq! Ümid edirəm ki, bu əməliyyat nəinki onun onurğasını, eləcə də onun təhlükə qarşısında olan həyatını da düzəlcədək”, - deyə qızın atası bildirir.
Aşağıda tibbi sənədlərin və bank rekvizitlərinin əksini dərc edirik.
Əlaqə nömrəsi:
012 434 18 81,
050 588 09 99 (Abbas, Nəzrinin atası)
Əl tutmaq, Əlidən (imam) qalıb!
Tərcümə: S.Xankişiyeva