Tovuzda sexdən 3 min manat dəyərində elektrik naqili oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda sexdən 3 min manat dəyərində elektrik naqili oğurlanıb

19:13 - 09 / 05 / 2017
Tovuzda sexdən 3 min manat dəyərində elektrik naqili oğurlanıb

Tovuzda sexdən elektrik naqili oğurlayan şəxslər saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 26-dan mayın 8-dək olan müddətdə Tovuz şəhəri ərazisində yerləşən “Tovuz Təcrübə Sənaye”  ASC-nin sexindən 3000 manat dəyərində elektrik naqili oğurlanıb.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural İsgəndərov və Tacıəddin Cəfərov tutulublar.

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər