İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyi iki tibb müəssisəsi ayırıb
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin iki tibb müəssisəsi – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu məqsədlə təcili yardım briqadası tam hazır vəziyyətə gətirilib.
Onun sözlərinə görə, artıq oyunlar çərçivəsində yarışların bəziləri başlayıb və bu gün 20 briqada həmin ərazilərdə yerləşdirilib:
“Ümumilikdə, təcili yardım briqadaları yeni avtomobillərlə təmin edilib, tibb işçiləri xüsusi hazırlıq keçib. Bu yarışlar çərçivəsində əhaliyə lazımı tibbi yardımın göstərilməsi üçün operativ qərargah yaradılıb. Qərargah 24 saat ərzində fəaliyyət göstərəcək”.
Babək Cahandarov