Çempionlar Liqasında ilk finalçı “Yuventus” oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında ilk finalçı “Yuventus” oldu – FOTO – VİDEO

09:50 - 10 / 05 / 2017
Çempionlar Liqasında ilk finalçı “Yuventus” oldu – FOTO – VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

1news.az-ın məlumatına görə, ilk oyun günündə İtaliyanın “Yuventus” klubu öz meydanında Fransa “Monako”sunu qəbul edib. 

Qeyd edək ki, səfərdə keçirdiyi ilk matçda rəqibinin qapısından 2 cavabsız top keçirən Turin təmsilçisinin cavab oyununda da qalib gələcəyi gözlənilirdi. Belə də oldu.

İkinci oyunda da rəqibini məğlub edən “Yuventus” adını finala yazdıran ilk komanda oldu.

Qeyd edək ki, finalda onun rəqibi “Real” – “Atletiko” cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

“Yuventus” (İtaliya) – “Monako” (Fransa) - 2:1

Mancukiç, 33; Alveş, 44 - Mbabbe, 69
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 2:0

Babək Cahandarov

Paylaş:
1080

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər