İslamiadanın ikinci gün: Azərbaycanın 20 qızıl medalı var | 1news.az | Xəbərlər
İdman

İslamiadanın ikinci gün: Azərbaycanın 20 qızıl medalı var

20:05 - 14 / 05 / 2017
İslamiadanın ikinci gün: Azərbaycanın 20 qızıl medalı var

Mayın 14-də Azərbaycan karateçiləri “Bakı-2017”də beşinci qızıl medalı aktivlərinə yazıblar. Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin 20-cı qızıl medalı olub.

1news.az xəbər verir ki,   karatenin kumite yarışlarında -84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

Təmsilçimiz səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

A.Mamayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, 2013-cu ildə İslam Həmrəyliyi Oyunlarında qalib gəlib. İdmançımız Avropa Çempionatının ikiqat gümüş medalçısı və Dünya Çempionatının bürünc medalçısı olub.

1news.az

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər