Azərbaycan üzgüçüsü çempion oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycan üzgüçüsü çempion oldu

20:58 - 14 / 05 / 2017
Azərbaycan üzgüçüsü çempion oldu

Azərbaycan üzgüçüsü Maksim Şembyarov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

1news.az xəbər verir ki,  təmsilçimiz 1500 m məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı vaxtı 15:07,29 olub.

Gümüş medal indoneziyalı Aflah Pravira, bürünc medal isə türk üzgüçü Ediz İldırımeruya qismət olub.

1news.az

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər