İslamiada: Millimiz finalda, Kamerun Omana qarşı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

İslamiada: Millimiz finalda, Kamerun Omana qarşı – FOTO – VİDEO

16:58 - 18 / 05 / 2017
İslamiada: Millimiz finalda, Kamerun Omana qarşı – FOTO – VİDEO

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının ilk finalçısının adı məlum olub.

1news.az-ın məlumatına görə, qrupda keçirdiyi 3 görüşün 1-də qələbə qazanıb, 2-də isə heç-heçə edən U-23 millimiz digər qrupun lideri Əlcəzair yığması ilə qarşılaşıb.

Rəqibindən daha yaxşı oyun sərgiləyən Yaşar Vahabzadənin yetirmələri Ruslan Abışov və Məqsəd İsayevin qolları ilə 2:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

İslamiadada hələ də qapısının toxunulmazlığını qoruyan millimiz mayın 21-də keçiriləcək final görüşündə bu gün saat 18:30-da start götürəcək Kamerun – Oman cütlüyünün qalibi ilə qarşılaşacaq.

İslam Həmrəylik Oyunları

Futbol

Yarımfinal

Əlcəzair – Azərbaycan - 0:2

Qollar: Ruslan Abışov, 39; Məqsəd İsayev, 58

Baş məşqçi: Yaşar Vahabzadə 

“Dalğa Arena”

Babək Cahandarov

Paylaş:
1018

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər