Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
1news.az-ın məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,7023 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.
Xatırladaq ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7022 səviyyəsində müəyyən etmişdi.
Babək Cahandarov
427