Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

12:48 - 18 / 05 / 2017
Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

1news.az-ın Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı nümayəndə heyəti Prezident, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.

D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyir: " Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq".

D. MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi parlament üzvü daxildir - László Tokes (EPP, HU), xanım Željana Zovko (EPP, HR), Andrejs Mamikins (S&D, LV), Angel Dzhambazki (ECR, BG), Ivo Vajgl (ALDE, SL), Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən, xamım Heidi Hautala (Greens, FI).

Nümayəndə heyəti mayın 22-də Azərbaycana səfər edib, hakimiyyət dairələri, o cümlədən prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır.

Avropa Parlamentinin üzvləri mayın 23-də  Gürcüstana, mayın 25-də isə Ermənistana səfər edəcək.

Məlumatda o da bildirilir ki, hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatıb, Azərbaycanla isə yeni başlayıb.

Parlament üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyələrdə istifadə olunacaq.

Babək Cahandarov

Paylaş:
605

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər