Millimiz Makedoniya yığmasına qalib gəlib | 1news.az | Xəbərlər
Futbol

Millimiz Makedoniya yığmasına qalib gəlib

14:06 - 19 / 05 / 2017
Millimiz Makedoniya yığmasına qalib gəlib

Makedoniyanın Skopye şəhərinə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

1news.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, Makedoniyanın U-17 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qolu Turan Vəlizadə vurub.

Xatırladaq ki, bu komandalar arasında mayın 17-də keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə başa çatmışdı.

Babək Cahandarov

Paylaş:
942

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər