ANAMA: Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb – FOTO

09:39 - 19 / 05 / 2017
ANAMA: Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 494 qəlpə, 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, nəticə etibarilə 25 357 kvadratmetr ərazi tam təmizlənib, 28 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
673

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər