İmişlidə 3 otaqlı ev yanıb

İmişli rayonunda evlərdən birində güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Babək Cahandarov
1075