Şourum Collezione Italia təntənəli şəkildə ilk ad gününü qeyd etdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şourum Collezione Italia təntənəli şəkildə ilk ad gününü qeyd etdi – FOTO – VİDEO

10:31 - 19 / 05 / 2017
Şourum Collezione Italia təntənəli şəkildə ilk ad gününü qeyd etdi – FOTO – VİDEO

Ötən il açılışı baş tutan Collezione Italia şourumu keçən həftəsonu ilk ildönümünü qeyd etdi.

14 may tarixində şourumunda təntənəli şəkildə “Collezione Italia bir il sizinlə” adlı özəl tədbir baş tutdu.

Tədbir çərçivəsində dəbdəbəli interyer və dizayn məkanı olan Collezione Italia şourumuna 200-ə yaxın qonaq cəlb olunub. Onların arasında şirkət rəhbərləri və əməkdaşları, aparıcı azərbaycanlı interyer dizaynerlər, jurnal redaktorları, yüksək cəmiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir meydançasında ayrıca xoş bayram atmosferinin yaradılması üçün dolğun proqram təşkil edilib: Avropa mətbəxinin yeməklərindən ibarət furşet, müxtəlif içkilər və canlı musiqi. Tədbirə lounge, jazz və milli musiqi abu-havasını ifaçılar Nərmin Kərimbəyli, Dervish Blues Band & Nara White və "Excellent" Music Band kaver-qrupu qatıb.

Yerli KİV-in reportajından dərhal sonra məkanın təsisçiləri Qalib Məmmədov və Namiq İdrisov tərəfindən təntənəli şəkildə tort kəsilib.

Hazırda Collezione Italia adı altında fəaliyyət göstərən inanılmaz həcmli mebel və interyer məkanının tarixi qısa zaman ərzində bazarda birinciliyi və müştərilərin etibarını qazanan Neoclass santexnika salonundan başlayır.

Bazarda mövqelərini bərkitmək üçün şirkətin növbəti məntiqi addımı mebel və interyer sahəsinə keçmək oldu. Beləcə “Del Mondo” mebel salonu yarandı. Lakin nə sahəsinə, nə də brend sayına görə bu salon onun təsisçilərinin istehlakçılara fərqli kolleksiyalar və brendləri təqdim etmək arzusuna cavab vermirdi. Elə o zaman da Collezione Italia-nın təşkili ideyası yarandı. 2012-ci ildə əsası qoyulan Collezione Italia şourumu Azərbaycan bazarına 2016-cı ilin mayında çıxdı. Collezione Italia-nın yaradılması təkcə Azərbaycan üçün deyil, həm də ən yaxşı fabriklərini yeni sahədə təqdim etmək imkanı olan Avropa ölkələri üçün də vacib hadisəyə çevrildi. Şourum  yaradıcıları interyer sahəsinin lideri olan 300-dən çox şirkətin bir araya gətirilməsinə müvəffəq ola biliblər.                       

Collezione Italia-da təqdim olunan məhsul ilk növbədə hər bir sahədə, o cümlədən mebeldə də, keyfiyyəti üstün tutan azərbaycanlı istehlakçılar üçün nəzərdə tutulub. Hazırda bir çox azərbaycanlılar xarici ölkələrə səyahət edirlər və onların yüksək mebel mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmaq imkanları var. Odur ki, keyfiyyətə tələblər daim artır və ölkədə memarlıq və dizayn zövqünün inkişafı mebel biznesinin uğurunun vacib aspektinə çevrilir.

25 000  kv.m sahəni əhatə edən “Collezione Italia” özündə mebel, mətbəx, santexnika, divar kağızı, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, qab-qacaq və ev üçün digər aksessuarlar təqdim edən aparıcı italyan və Avropa mebel brendlərini cəmləşdirib.

Xatırladaq  ki, şourumunun fəaliyyətinin bir ili tamam olmaq münasibəti ilə mayın 14-dən iyunun 14-dək bütün məhsullarа 50% endirim kampaniyası təşkil olunub.

Ünvan: Akademik Həsən Əliyev 139A

Tel: (012) 568-11-00

Facebook: https://www.facebook.com/CollezioneIt/

Reklam hüququnda

Paylaş:
3809

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər