Azərbaycanın müdafiə naziri Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın müdafiə naziri Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb

15:15 - 21 / 05 / 2017
Azərbaycanın müdafiə naziri Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb

Gürcüstanda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi, eləcə də icma nümayəndələri və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların valideynləri və yaxınları ilə görüşüb.

1news.az Azərtac-a istinadla xəbər verir ki, nazir soydaşlarımıza Prezident, Ali Baş Komandan İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan dövlətinin onlara daim diqqət və qayğı göstərdiyini bildirib.

Z.Həsənov diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğulları sırasında Gürcüstanda doğulub boya-başa çatan insanlar da var. Onların bir neçəsi orden və medallarla təltif olunub. Soydaşlarımızdan biri - Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən Məmmədov Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülüb.

Nazir medalı şəhidin atası Vaqif Məmmədova təqdim edib. Şəhid atası Azərbaycan dövlətinin, şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini bildirib və oğlu ilə qürur duyduğunu vurğulayıb. O, çıxışını “Vətən sağ olsun” sözləri ilə bitirib.

Z.Həsənov ötən ilin aprel döyüşlərində şəhid olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi rayonunun Yanıqlı kəndindən olan Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Qeyd edək ki, Zakir Həsənov Gürcüstana səfəri çərçivəsində mayın 22-də bu ölkənin Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşəcək. Mayın 22-də isə Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşlərdə ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, üçtərəfli əməkdaşlığa dair memorandum imzalanacaq.

1news.az

Paylaş:
582

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər