Rusiya XİN: "UAK-ın ləğvi Moskva-Bakı münasibətlərinə təsir göstərməməlidir" | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN: "UAK-ın ləğvi Moskva-Bakı münasibətlərinə təsir göstərməməlidir"

17:32 - 21 / 05 / 2017
Rusiya XİN: "UAK-ın ləğvi Moskva-Bakı münasibətlərinə təsir göstərməməlidir"

Ümumrusiya Azərbaycan Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi siyasətlə bağlı deyil və bu, Moskva-Bakı münasibətlərinə təsir göstərməməlidir.

1news.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya deyib.

O bildirib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır:

“Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanları UAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”. 

1news.az

Paylaş:
671

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər